İrəvanda insanlar küçələrə axışıb - Paşinyana qarşı etiraz - VİDEO

8-11-2021, 19:30           
İrəvanda insanlar küçələrə axışıb -
Ermənistanın paytaxtı İrəvandakı Azadlıq meydanında eks-prezident Robert Köçəryanın "Ermənistan" blokunun mitinqi başlayıb.

Bizim.Media xəbər verir ki, aksiyada Qarabağda 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanata etiraz edilir.

Mitinqdə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim Namusum var” blokunun nümayəndələri də iştirak edir.

Qeyd edək ki, Robert Köçəryan erməniləri hakimiyyət dəyişikliyinə nail olmaq üçün milli müqavimətin formalaşmasına çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru