Gürcüstanda xalq ayağa qalxdı: Bölgələrdən yürüş edən müxalifət tərəfdarları Azadlıq meydanına axışdı(VİDEO)

9-11-2021, 07:00           
Gürcüstanda xalq ayağa qalxdı:
Bu dəqiqələrdə bir neçə müxalifət partiyasının dəstəkçiləri azadlıq meydanına toplaşıblar.

Teref.az yerli mətbuata istinadla xəbər verir ki, paytaxtla yanaşı bölgələrdən gələn müxalifət tərəfdarları da müxtəlif yerlərdə toplaşaraq Azadlıq meydanına doğru yürüş ediblər.

Aksiya iştirakçılarının əsas tələblərindən biri Saakaşvilinin özəl xəstəxanaya yerləşdirilməsidir.

Qeyd edək ki, Azadlıq meydanına toplaşan etirazçıların digər tələbi və planları yaxın dəqiqələrdə bəyan ediləcək.

Mitinqlə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət qurumlarının binaları ətrafına əlavə polis qüvvələri səfərbər olunub. / Publika.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru