İsrail Suriyaya zərbələr ENDİRDİ

9-11-2021, 07:46           
İsrail Suriyaya zərbələr ENDİRDİ
İsrail Suriyanın mərkəzi və sahil bölgələrindəki obyektlərə raket zərbələri endirib.

Bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, Suriyanın hava hücumundan müdafiəsi raket hücumunu dəf edib.

Dövlət mediası daha əvvəl bildirmişdi ki, Homs və sahilyanı Tartus şəhəri üzərində partlayış səsləri eşidilib.

Suriya ordusunun yaydığı açıqlamada qeyd olunub ki, iki əsgər yaralanıb və bəzi maddi itkilər olub.

İsrail ordusu xəbəri şərh etməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru