Daha bir internet nəhəngi Çin bazarından çəkildi

9-11-2021, 09:15           
Daha bir internet nəhəngi Çin bazarından çəkildi
Geniş istifadə olunan e-poçt müştərisi ilə tanınan ABŞ-ın Yahoo internet şirkəti "hüquqi və biznes problemlərinin artması səbəbindən" Çin bazarından çıxmaq qərarına gəlib.

EDNews.net xəbər verir ki, şirkətdən verilən açıqlamada, internet xidmətlərinin noyabrın 1-dən Çinin materik hissəsindən istifadə olunmayacağı bildirilib.

"Şirkət olaraq biz istifadəçilərimizin hüquqlarına, açıq və pulsuz internetə sadiq qalmağa davam edəcəyik", - deyə məlumatda bildirilir.

Şirkətin bazardan çəkilmək barədə açıqlaması Çində 1 Noyabrda Fərdi Məlumatların Qorunması Qanununun qüvvəyə minməsindən sonra verilib.

Çindəki qanuni qaydalara görə, internet şirkətləri istifadəçi məlumatlarını səlahiyyətlilərlə paylaşmağa borcludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru