ABŞ-da kilsəyə silahlı hücum cəhdinin qarşısı kilsədə ibadət edən vətəndaşlar tərəfindən alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, vətəndaşlar dua edərkən, 26 yaşlı Dezire Baqanda əlində silahla kilsənin qurbangahına gəlib. Daha sonra Baqandanın silahı kilsədəki ibadət edənlərə doğrultduğunu və onlardan ayağa qalxmalarını istədiyini bildirən polis, elə bu vaxt bir vətəndaşın hücumçunun üstünə atıldığını və polis qrupları hadisə yerinə gələnə qədər Baqandanı zərərsizləşdirdiyini qeyd edib.
Hadisə zamanı atəş açılmadığı və xəsarət alan olmadığı bildirilib, Baqandin kilsənin üzvü olmadığı, daha əvvəl mərasimlərdə iştirak etdiyi bildirilib. Bildirilib ki, hadisədən sonra saxlanılan Baqanda bütün kilsə və məktəblərin “vurulması” lazım olduğunu bildirib. Baqandinin noyabrın 10-da məhkəmə qarşısına çıxacağı və 15 ağır ittihamla üzləşəcəyi də bildirilib.