Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib. Onun sözlərinə görə, Moskva Türkiyə ilə konflikti diplomatik yolla həll etməli idi:
“Biz əvvəlcədən bu iqtisadi sanksiyaları tətbiq etməməliydik. Bu sanksiyalar sayəsində biz hər iki tərəfə ziyan vururuq. Bu konflikti sərt diplomatiya dili ilə həll etmək lazım idi”.