Ukraynanın dərinliklərinə doğru irəliləmək... Rusiyaya böyük pullar hesabına başa gəlir

Bu gün, 09:26           
 Ukraynanın dərinliklərinə doğru irəliləmək...
Ukraynanın dərinliklərinə doğru irəlilədikcə, Rusiyanın hərbi əməliyyatlara sərf etdiyi maliyyə vəsaiti də buna müvafiq olaraq artmaqdadır.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Kremlin 3 ildən çoxdur ki, Ukraynada həyata keçirdiyi müharibə, habelə, bu müharibəni Ukraynanın dərinliklərinə daşımaq cəhdi Rusiyanı yalnız hərbi deyil, maliyyə baxımından da ciddi itkilərlə üz-üzə qoymaqdadır. Bu baxımdan yaxın aylarda Rusiyadakı mövcud maliyyə böhranının daha da dərinləşəcəyi ehtimal olunur.

Mütəxəssislər hesab edir ki, Ukraynadakı “dərinlik müharibəsi” Rusiyanı canlı qüvvə və zirehli texnika baxımından da itkilərini artıracaq ki, bu da rus ordusunun hücum əməliyyatlarını daha da çətinləşdirəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru