Zelenskidə Alyaskada olacaq ...

Bu gün, 10:11           
Zelenskidə Alyaskada olacaq ...
ABŞ lideri Donald Tramp Ukrayna Prezidenti Voloadimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşünə qatılmasına icazə verib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Tramp belə bir ehtimala “açıqdır”. Lakin Ukrayna liderinin sammitdə iştirakı hazırda dəqiqləşdirilməyib.

Qeyd edək ki, Avqustun 15-də Vladimir Putin və Donald Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Qərb mediası iddia edir ki, müzakirə olunan təkliflər arasında ərazi mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilə .

Kreml tarixi və yeri təsdiqləyib. Prezidentin köməkçisi Yuri Uşakov Alyaskanın seçilməsini onun Rusiyaya coğrafi yaxınlığı ilə izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru