Livan XİN Xameneyinin müşavirinin bəyanatını kəskin pisləyib
Bu gün, 09:18
Livanın Xarici İşlər Nazirliyi İranın ali qəhbəri Əli Xameneyinin müşaviri Əliəkbər Vilayətinin açıqlamasını pisləyib və bunu "Livanın daxili işlərinə qəbuledilməz müdaxilə" adlandırıb. Bəyanatda vurğulanır ki, bu, yüksək səviyyəli İran rəsmilərinin “heç bir şəraitdə İranla heç bir əlaqəsi olmayan Livanın daxili qərarları ilə bağlı qəbuledilməz bəyanatlar” verdiyi ilk hal deyil. “Livan bu cür bəyanatları qəti şəkildə rədd edir və kimliyindən asılı olmayaraq heç bir xarici qüvvəyə Livan xalqı adından danışmağa və ya Livan hökumətinin qərarlarına himayədarlıq iddiasına icazə verməyəcək”, - bəyanatda deyilir. (İndependent Farsi) Джавид Дамирли