Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb - The Washington Post

Bu gün, 11:08           
Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb - The Washington Post
ABŞ Ukrayna lideri Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Alyaskada keçiriləcək görüşdə iştiraka dəvət etməyib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Zelenski hələ də dəvət edilməyib.

Qeyd edək ki, Amerika Prezidenti bundan əvvəl rusiyalı həmkarı ilə avqustun 15-də Alyaskada görüşəcəyini bildirmişdi. Daha sonra danışıqların planlarını Rusiya liderinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Onun sözlərinə görə, Putin və Tramp əsas diqqəti Ukrayna münaqişəsinin uzunmüddətli sülh yolu ilə həllinə nail olmaq variantlarının müzakirəsinə yönəldəcəklər.

Uşakov vurğulayıb ki, Kreml iki prezident arasında növbəti görüşün Rusiya ərazisində baş tutacağını gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru