Qara abxazlar və ya Qafqaz zənciləri, ya da indiki dəblə desək, afroabxazlar - abxazların assimlyasiya etdiyi olunmuş kiçik neqroid qrupu.
Bu gün, 00:07

İlkin məskunlaşdıqları ərazi əsasən Kodor çayının mənsəbi, Acyubja və bir neçə qonşu kəndlər olub.
Abxaz zəncilərinin etnik mənşəyi və Abxaziyaya necə gəlib çıxması barədə mütəxəssislər arasında vahid fikir yoxdur. Bəzi tarixçilər onların Abxaziyada məskunlaşmasını XIX əsrdə baş verdiyini iddia edir (Vianor Paçuliyanın fikrincə — XIX əsrin ikinci yarısında). Amma XIX əsrə aid bəzi məlumatlara görə, həmin dövrdə artıq abxazca danışırmışlar. Buna görə də bəzi mütəxəssilər afrikalıların Abxaziyaya gəlişini XVII-XVIII əsrə aid edirlər.
Gəliş səbəbi haqqında bir versiyaya görə is. bir neçə yüz qaradərili qul Şervaşidze (Çaçba) knyazları tərəfindən sitrus plantasiyalarında işləmək üçün alınaraq gətirilmişdi. Bu hadisə Qara dəniz sahilində afrikalıların nisbətən kütləvi şəkildə idxalının yeganə və görünür, o qədər də uğurlu olmayan təcrübəsi olub.
Başqa bir versiyaya görə isə afroabxazlar qədim kolxların nəslindəndir. Lakin antik kolxlarla indiki abxaz zənciləri arasında hər hansı bir varisliyin mümkünlüyü sual altındadır: tarixi Kolxidada qaradərili əhalinin mövcudluğunu sübut edən faktlar yoxdur. Onlar həmçinin misirli qibtilərin (qibtilər zənci deyillər) və ya Efiopiya yəhudiləri — falaşaların nəslindən də ola bilərlər.
Abxaz yazıçısı Dmitri Quliya “Abxaziyanın tarixi” kitabında abxazların və kolxların əcdadlarının Misirdən və Efiopiyadan köçürülməsi nəzəriyyəsini irəli sürüb. O, Abxaziya və Efiopiyanın müvafiq bölgələrinin toponimikası üzrə məlumatları müqayisə etmiş və bəzi coğrafi adların “tamamilə eyni” olduğunu iddia etmişdi: Baqada — Baqada, Qumma — Qumma, Tabakur — Dabakur və s.
Məsələ üzrə bir sıra poetik, xalq arasında yayılmış əfsanələr də mövcuddur. İvan İsakovun Nikita Xruşşova ünvanladığı hesabatda da əks olunan bir versiyaya görə, Abxaziya sahilləri yaxınlığında fırtına zamanı zənci qullarla dolu Osmanlı gəmisi batıb. İndiki afroabxazlar da həmin gəmidən sağ qurtulub Abxaziyada məskunlaşanlardır Lakin Abxaziyanın qaradərili qul ticarəti marşrutundan xeyli uzaqda yerl\şməsi bu əfsanənin gerçəkliyinə şübhə oyadır.
Başqa bir əfsanəyə görə, əfsanəfi nart tayfası uzaq Afrika yürüşündən qayıdarkən yüzə yaxın zənci müşayiətçi ilə geri dönürlər. Onlar da Acyubjada məskunlaşıblar.
Üçüncü əfsanəyə görə isə afroabxazların bu ərazidə peyda olmasına I Pyotr səbəb olub: onun dövründə Rusiyaya çoxlu “ərəb” gətirilirdi və Sankt-Peterburq iqliminə uyğunlaşa bilməyənlər abxaz knyazlarına hədiyyə edilirdi.
Ola bilsin ki, eyni anda bir neçə elmi hipotez və əfsanə müəyyən dərəcədə doğru olsun — çünki bir çoxu bir-birini istisna etmir, əksinə tamamlayır.
Gürcü dilində afroabxazlara şavi katsi (qara adam) və ya şavi xalxi (qara xalq) deyilirdi. İsakovun Xruşşova ünvanladığı məlumatda bildirilir ki, Qafqaz canişini İllarion Vorontsov-Daşkov, I Pyotra bənzəyərək, şəxsi müşayiət heyətində Acyubjadan olan zənciləri saxlayırdı və onlar çərkəz geyimində canişini müşayiət edirdilər. Qaqranın banisi şahzadə Aleksandr Oldenburqski isə Qara dəniz sahilində yaşayan bütün xalqların nümayəndələrindən — o cümlədən zəncilərdən — öz sarayında bir neçə nəfər saxlayırdı.
Məlumdur ki, artıq XIX əsrdə bütün qara abxazlar yalnız abxazca danışırdılar və özlərini abxaz xalqının bir hissəsi hesab edirdilər. Digər abxazlar da bunu təbii qarşılayırlar. Afroabxazların ümumi sayı müxtəlif qiymətləndirmələrinə görə “bir neçə ailə”dən “bir neçə kənd”ə qədər dəyişir. Dini mənsubiyyət məsələsində də fikir birliyi yoxdur — ehtimala görə, Abxaziyada yaxın keçmişdə həm xristian, həm müsəlman, həm də yəhudi zəncilər mövcud olub. Bütün abxazlar kimi rusca yaxşı danışırlar.
Avroabxazlar məskunlaşdırları ərazilərdən qonşu bölgələrə, Rusiyaya yayılıblar. ABŞ Konqres Kitabxanasında fotoqraf Corc Kennana aid şəkil kolleksiyasında 1870-1880-cı illərdə çəkilmiş Qarabağ zəncisinin fotosu yer alır
Yadigar Sadigli
TEREF