İşə düzəltmək adı ilə 6000 manatlıq dələduzluq

Bu gün, 10:54           
İşə düzəltmək adı ilə 6000 manatlıq dələduzluq
İşə düzəltmək adı ilə edilən daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.

Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə edilən müttəhimə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Buna qədər müttəhimin üzərində 2 il 6 ay "iş" olub. Həmin cəza hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanıb və müttəhimə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilən cəzadan çıxılıb və üzərində qəti olara 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İş materiallarından aydın olur ki, Valeh adlı təqsirləndirilən şəxs dostuna onu hüquq-mühafizə orqanlarında işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə ondan 6000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.

Məhkəmə prosesində müttəhim verilmiş ittihamla özünü təqsirli bilib. Həmçinin məlum olub ki, zərərçəkmişə dəymiş ziyan ödənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru