"GPT-5”in istifadə limitləri açıqlandı

Bu gün, 10:44           
"GPT-5”in istifadə limitləri açıqlandı
"OpenAI" ötən gün rəsmi olaraq yeni nəsil "GPT-5" modelini təqdim etdi.

Valyuta.az xəbər verir ki, yeni versiya əvvəlkilərə nisbətən məntiqi nəticə çıxarma və kod yazma qabiliyyətində daha güclüdür, həmçinin verilən tapşırığın növünə görə düşünmə sürətini tənzimləyə bilir.

Ən önəmlisi "GPT-5" "ChatGPT"nin bütün mövcud alətlərini (veb axtarış, məlumat analizi, şəkil şərhi, fayl analizi, “canvas”, şəkil yaratma, yaddaş və s.) dəstəkləyir. Artıq pulsuz istifadəçilər də bu modeldən yararlana bilər, lakin müəyyən limitlərlə.

"GPT-5"in istifadə limitləri:

Pulsuz hesablar – 5 saatda maksimum 10 mesaj; limiti keçdikdə “GPT-5 mini” işə düşür. “GPT-5 Thinking” rejimi isə gündə yalnız 1 mesaj.
Plus hesablar – 3 saatda 80 mesaj, həftədə 200 “GPT-5 Thinking” mesajı.
Pro və Team – Limitsiz istifadə.
Yeni model tədricən bütün istifadəçilərə təqdim olunur. Pulsuz və Plus hesab sahiblərinin siyahısında yalnız GPT-5 və GPT-5 Thinking qalacaq, Pro, Team və Enterprise planlarında isə əvvəlki modellərə də giriş mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru