Donald Trampın Fed-ə yeni təyinatı - Faiz və dollar siyasəti dəyişəcəkmi?

Bu gün, 10:24           
Donald Trampın Fed-ə yeni təyinatı - Faiz və dollar siyasəti dəyişəcəkmi?
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (Fed) İdarə Heyətinə yeni üzv təyin edib.

Valyuta.az xəbər verir ki, İqtisadi Məsləhətçilər Şurasının sədri Stiven Miran Fed üzvü Adriana Kugleri əvəz edəcək

Belə ki, Miran yanvarın 31-dək müvəqqəti olaraq bu vəzifədə çalışacaq, həmin müddətdə isə prezident 14 illik səlahiyyət üçün başqa namizəd irəli sürəcək.

Düşünülür ki, Miranın mövqeyi, xüsusilə də faiz dərəcələri və Fed-in müstəqilliyi ilə bağlı baxışları, mərkəzi bankın siyasətinə müəyyən təsir göstərə bilər.

Aşağı faiz dərəcələrinin tərəfdarıdır

Bir müddət əvvəl Fed-i faizləri endirdiyinə görə tənqid edən Miran indi dərəcələrin azaldılmasını müdafiə edir. O hesab edir ki, Tramp administrasiyasının immiqrasiya, ticarət və derequlyasiya siyasəti inflyasiyanı zəiflədən təsirə malikdir. Əgər sentyabr iclasına qədər təsdiqlənsə, faizlərin endirilməsinə səs verə bilər.

Dolların zəiflədilməsini istəyir

Miran ixracı artırmaq və tariflərin inflyasiya təsirini kompensasiya etmək üçün dolların dəyərinin aşağı salınmasını müdafiə edir. Onun “Mar-a-Lago Accord” adlandırdığı plan dolları zəiflətməklə yanaşı, onun qlobal ehtiyat valyutası statusunu qorumağı hədəfləyir.

Fed-in müstəqilliyinin azaldılmasını təklif edir

2024-cü ildə hazırladığı təkliflərdə Miran prezidentə Fed üzvlərini vəzifədən azad etmək səlahiyyəti verilməsini, həmçinin qurumun büdcəsinin Konqres tərəfindən təsdiqlənməsini irəli sürüb. Bu, Fed-in siyasi təsirlərə məruz qalacağı barədə narahatlıqlara səbəb olub.

Bununla belə, Miranın müvəqqəti üzv kimi təsiri məhdud olacaq. Faiz dərəcələri ilə bağlı qərarlar hələ də sədr Cerom Pauellin rəhbərlik etdiyi 19 nəfərlik komitə tərəfindən qəbul edilir.

Sərvanə Rəmixanova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru