UEFA "Barselona"nın iki futbolçusunu cəzalandırdı

Bu gün, 16:38           
UEFA "Barselona"nın iki futbolçusunu cəzalandırdı
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) "Barselona"nın hücumçuları Robert Levandovski (Polşa) və Lamin Yamalı (İspaniya) dopinq nəzarəti qaydalarını pozduğuna görə cərimələyib.

Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, futbolçular Çempionlar Liqasının yarımfinalının "İnter" ilə cavab oyunundan sonra proseduru pozublar. Onlar dopinq yoxlamasına gecikiblər və 5 min avro cərimələniblər.

Həmçinin matçdan sonra "Barselona"nın baş məşqçisi Hans-Diter Flik davranış qaydalarını pozduğuna görə 20 min avro cərimələnib və UEFA-nın klub turnirində bir matçlıq diskvalifikasiya edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru