"İşləyən qadının həyatı belə olurmuş"
Bu gün, 00:03

İşləyən bir qadın ilə söhbət etdim və çox məyus oldum...
O qədər çox yorulmuşam ki,səhər saat 8 tamam işim başlayır,axşam saat 6 ya kimi...
İşdən çıxıram saat 7'ə işləmiş,10 dəq metroya piyada gedirəm,sonra avtobus gözləyirəm,yolda tıxacda qalıram,evə gəlib 8'in yarısı çatıram.
Çatan kimi,uşaqların,yoldaşımın palatarlarını atıram yumağa,evi tozsoranlayıram,yoldaşım işdən gəlir,ona yemək hazırlayıram,yeyəndən sonra çirkli qabları yuyuram,paltarları sərirəm gözləyirəm qurusun. Oldu saat 10,birdə baxıram ki,uşaqlar yatıb,aparıb salıram yerlərinə. Səhər 6 da dururam,paltarları ütüləyirəm,Uşaqların və yoldaşımın səhər yeməyini hazırlayıram. Özüm də bir tikə yemək istəyirəm,baxıram saat 8'ə işləyir,işə də geciksəm cərimə yazacaqlar. Ayaq üstü bir stəkan çay ilə,bir konfet yeyib çıxıram.
Mən evdən çıxanda uşaqlar və yoldaşım oyanırlar,mən evə gələndə də yatırlar...
Və beləcə uşaqların necə böyüdüyünü bilmədim. Oturmuşam baxıram uşaqlarıma ki,biri gələn il 11-ci sinifi bitirir,biri də 10'a keçir...
Ehhh... Bu da mənim həyatım...
Vaxtında işləmək üçün israr etdim,yoldaşıma dəstək olaram dedim,amma dahada bərbad etdim hərşeyi. İndi həyatımızı elə qurmuşuq ki,birimiz işləməsək məhv olarıq...
Yoldaşım da illərdi öyrəşib ki,700 manat o gətirəcək,600 manat da mən.
Nə toy bilirəm,nə yas....
"İşləyən qadının həyatı belə olurmuş" deyib,dərindən bir ah çəkdi...
Cahandar Manafov
TEREF