Şiələr ABŞ-dan tələb etdi: “Geri çəkil, yoxsa...”

21-03-2016, 20:27           

İraqdakı şiə silahlı qruplaşmaları ABŞ-dan geri çəkilməyi tələb edib.

Axar.az xəbər verir ki, televiziya vasitəsi ilə bəyanat yayan silahlılar tələb yerinə yetirilməsə, ABŞ-ın işğalçı elan olunacağını bildirib:

“İşğalçı qüvvələr (ABŞ-red) yaratdığı İŞİD-ə qarşı mübarizə adı altında İraqda hərbi qüvvəsini artırmaqda davam edir. ABŞ rəhbərliyi qüvvələri geri çəkməsə, işğalçı qüvvələrə qarşı mübarizəyə başlayacağıq”.

Xatırladaq ki, rəsmi Vaşinqton Bəsrə körfəzi, Qırmızı dəniz və Hind Okeanında xidmət edən 26-cı dəniz piyada qüvvələrini İŞİD-lə mübarizə çərçivəsində İraqa göndərəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru