Moskvada silahlı insident - 2 ölü, 4 yaralı var

8-12-2021, 07:02           
Moskvada silahlı insident -
Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində yerləşən Ryazansk rayonunda odlu silahla iki nəfər öldürülüb, dörd nəfər yaralanıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Çoxfunksiyalı Dövlət Xidmətləri Mərkəzində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hücum edən şəxs hücumu əvvəlcədən planlaşdırıb.

Bildirilib ki, o, binaya daxil olub və qapının ağzından atəş açmağa başlayıb.

45 yaşlı Sergey Qlazqov odlu silahdan atəş açaraq mühafizəçini və qadın əməkdaşı öldürüb. Yaralanlardan biri 10 yaşlı qızdır.

Qeyd olunub ki, saxlanılan Sergey Qlazov 2010-cu ildə ordudan tərxis olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru