ABŞ-ın hipersəs raketinin sınaqları üçüncü dəfə uğursuz olub

18-12-2021, 12:34           
ABŞ-ın hipersəs raketinin sınaqları üçüncü dəfə uğursuz olub
ABŞ-da AGM-183A hipersəs raketinin sınaqları növbəti dəfə uğursuzluqla nəticələnib. AzVision.az xəbər verir ki, bu barədə "The Drive" nəşri məlumat yayıb. Qeyd edilir ki, uğursuzluğun səbəbi açıqlanmır.

-Hərbi Hava Qüvvələri sınaqların ləğv edilməsinin dəqiq səbəbinin hələlik müəyyən edilmədiyini bildirib. B-52H-nin uçuşu zamanı təyyarənin qanadına quraşdırılmış raket buradan çıxa bilmıyib, - məqalə müəllifi Cozef Trevitik yazıb.

Rəsmilər bəyan ediblər ki, raket telemetriya məlumatlarının təhlili üçün montaj yerinə qaytarılacaq.

Xatırladaq ki, AGM-183A-nın əvvəlki sınaqları iyul və aprel aylarında keçirilib. Trevitik isə yazıb ki, ardıcıl üçüncü uğursuzluq, şübhəsiz ki, narahatedicidir məqam kimi qiymətləndiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru