Niderlandda “Omikron” ştammına görə sərt qapanma tətbiq olunacaq

19-12-2021, 10:20           
Niderlandda “Omikron” ştammına görə sərt qapanma tətbiq olunacaq
Niderland hökuməti ölkədə koronavirusun “Omikron” ştammının yayılması ilə əlaqədar dekabrın 19-dan yanvarın 14-nə qədər sərt qapanma tətbiq ediləcəyini açıqlayıb.

Bu barədə baş nazir səlahiyyətlərini icra edən Mark Rotte danışıb.

Onun sözlərinə görə, yeni ştamm gözləniləndən daha tez yayılır. Qapanma müddətində zəruri məhsullar satılan mağazalardan başqa bütün mağazalar, restoranlar, teatr, kinoteatr, muzey və idman zalları bağlı olacaq.

Ölkədə həmçinin yeni il yarmarkaları da ləğv olunub.

Mənbə: Mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru