Fransada koronavirusa qarşı məcburi peyvəndin "gizli forması" tətbiq oluna bilər

19-12-2021, 12:06           
Fransada koronavirusa qarşı məcburi peyvəndin "gizli forması" tətbiq oluna bilər
Fransanın Səhiyyə naziri Olivye Veran ölkədə COVID-19-a qarşı məcburi peyvəndin "gizli formasının" tətbiq oluna biləcəyini bildirib.

Trend xəbər verir ki, Veran Fransanın sanitar buraxılışlardan immunizasiya sertifikatlarına mümkün keçidini yüksək qiymətləndirərək, bunu "məcburi peyvəndin gizli, lakin daha effektiv forması" olduğunu bildirib. O, həmçinin əlavə edib ki, koronavirusa qarşı peyvənd olunmamış vətəndaşların barlara, restoranlara və digər ictimai yerlərə getməsinə qadağaların tətbiqi cərimə sistemindən daha effektivdir.

"Biz artıq tərəddüd edərək epidemiyanın yeni dalğaları təhlükəsi altında yaşamağa davam edə bilmərik", - deyə Olivye Veran qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru