ABŞ öldürdüklərinin sayını azaldıb:3 ölkədəki əməliyyatlarda sirli məqamlar

19-12-2021, 12:06           
ABŞ öldürdüklərinin sayını azaldıb:3 ölkədəki əməliyyatlarda sirli məqamlar
Pentaqon Suriya, İraq və Əfqanıstanda dinc əhali arasında ölənlərinin sayını azaltmaqda ittiham edilib.

Cebhe.info xəbər verir ki, “New York Times” qəzetinin Amerika hərbi departamentinin materiallarına istinadən verdiyi məlumata görə, Amerika hərbçilərinin hava hücumları zamanı təxmin ediləndən daha çox sakin həlak olub.

Qəzet iddia edir ki, qurbanların ümumi sayını müəyyən etmək mümkün deyil: “Lakin bir şey dəqiqdir ki, bu, Pentaqonun qəbul etdiyindən xeyli çoxdur”.

“The New York Times” müxbiri sağ qalan mülki şəxslərdən müsahibə alıb və ABŞ-ın hava hücumları ilə əlaqəli 100-dən çox yerə baş çəkib. Qeyd olunur ki, yalnız 12% hallarda genişmiqyaslı araşdırma tövsiyə olunub.

Bir çox hallarda yoxlamalar Amerika komandanlığı tərəfindən aparılıb, bu da natamam və ya yanlış sübutlara əsas yaradıb. 10-dan az halda ABŞ tərəfindən təzminat ödənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru