Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb

19-12-2021, 18:09           
Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb
Bolqarıstanın Stara Zaqora şəhəri yaxınlığındakı sənaye quşçuluq fermasında yüksək patogenli quş qripi epidemiyası aşkarlanıb.

7NEWS.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Yüksək patogenli A tipli virusun törətdiyi xəstəlik 7 mindən çox quşun olduğu ördək fermasında qeydə alınıb.

Xəstəlik ocağından 10 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, baytarlıq nəzarəti gücləndirilib. İnfeksiyanın səbəbləri araşdırılır.

Quş qripi həzm və tənəffüs orqanlarına təsir edən və quşların ölümünə səbəb olan kəskin yoluxucu xəstəlikdir. Daşıyıcılar adətən vəhşi heyvanlardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru