Gürcüstanın keçmiş Baş Qərargah rəisi Almaniyada saxlanılıb

20-12-2021, 07:07           
Gürcüstanın keçmiş Baş Qərargah rəisi Almaniyada saxlanılıb
Gürcüstan Ordusunun Baş Qərargahının keçmiş rəisi general Georgi Kalandadze Almaniyada saxlanılıb.

“Report” “Mtavari Arxi” televiziya kanalına istinadən xəbər verir ki, general Gürcüstan hakimiyyətinin tələbi əsasında Berlində tutulub.

G. Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib, onu bu vəzifəyə ölkənin keçmiş prezidenti Mixail Saakaşvili təyin edib.

Onun saxlanmanın səbəbi hələlik məlum deyil. Lakin G. Kalandadzeyə qarşı 2012-ci ildə Gürcüstanda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Kalandadze özü də son illər Ukraynada işləyir. O, kiçik bir qrup gürcü əsgəri ilə birlikdə 2014-cü ilin yayında Ukraynaya gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru