Rusiyanın Ukraynaya soxulmasının qarşısını almaq üçün ABŞ-ın 4 həftə vaxtı qalıb - CNN

21-12-2021, 10:18           
Rusiyanın Ukraynaya soxulmasının qarşısını almaq üçün ABŞ-ın 4 həftə vaxtı qalıb - CNN
ABŞ Prezidenti Co Bayden öz administrasiyasına tapşırıb ki, bütün mümkün instrumenlərdən istifadə edərək Rusiyanın Ukraynaya ehtimal olunan soxulmasının qarşısını alsın.

Bu barədə dekabrın 20-də CNN Ağ Evdəki yüksək məqamlı mənbəyə istinadla xəbər verib. Onun sözlərinə görə, dövlət başçısı hesab edir ki, Rusiyanın təcavüzünün qarşısını almaq üçün yalnız 4 həftə vaxt lazımdır.

Telekanal təsdiqləyir ki, Bayden 2014-cü ildəki səhvin təkrarlanacağından ehtiyatlanır. O zaman Bayden vitse-prezident postunda idi və ABŞ və Avroittifaq qəflətən Krımın birləşdirilməsi səbəbilə hazırlıqsız yaxalanıb. Ona görə Prezident milli təhlükəsizlik üzrə köməkçisinə tapşırıb ki, Rusiya Prezidenti Vladimir Putini dayandırmağa cəhd etsin, CNN xəbər verir.

Telekanalın mənbəsinin sözlərinə görə, Amerika hakimiyyətinin fəaliyyəti xeyli düşünülmüşdür. «Bizim etmək istədiyimiz çox yaxşı düşünülüb. Amma bunun üçün bizim yalnız 4 həftə vaxtımız qalır» - o, deyib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru