Baydenin müşaviri və İsrailin müdafiə naziri İranı müzakirə edib
22-12-2021, 17:19
İsrailin müdafiə naziri Benni Qantz ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Ordu.az xəbər verir ki, bu barədə Benni Qantz "Twitter"də bildirib.
“Biz İranın nüvə təhlükəsi və regional aqressiyası ilə üzləşdiyimizi vurğulayaraq, strateji problemləri və əməkdaşlıq sahələrini müzakirə etdik”, - B. Qantz qeyd edib.
Görüş C. Sallivanın İsrailə səfəri çərçivəsində baş tutub.