Pakistan nüvə başlığı daşıya bilən qanadlı raketini sınaqdan keçirdi
23-12-2021, 00:03
"Pakistan çərşənbə axşamı 900 km mənzilli "Babur-1B" qanadlı raketinin uğurlu sınaq buraxılışını həyata keçirib".
Qaynarinfo xəbər verir ki, bu haqda Geo TV Pakistan ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu raketin əvvəlki variantı 450 km məsafəni qət edib. Hərbçilər bildiriblər ki, "Babur-1B” qanadlı raketi quruda və suda olan hədəfləri yüksək dəqiqliklə vura bilir.
Raket yerüstü mobil buraxılış qurğusundan buraxılıb.