Rusiyanın Ukrayna ilə sərhəddə topladığı hərbi qüvvənin sayı açıqlanıb
23-12-2021, 00:04
Ukrayna sərhədləri yaxınlığındakı Rusiyaya məxsus hərbi qüvvənin sayı açıqlanıb.
Sozcu.az-ın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna sərhədlərinə yaxın 200 km məsafədə 122 min, 400 km məsafədə isə 143,5 min hərbçi və çoxsaylı hərbi texnika toplayıb.apa