COVID testinin cavabını gözləməyə səbri çatmayan turisti Taylandda iki illk həbs gözləyir

23-12-2021, 10:48           
COVID testinin cavabını gözləməyə səbri çatmayan turisti Taylandda iki illk həbs gözləyir
Taylandda COVID-19 testinin nəticələrini gözləməkdən imtina edən israilli turist karantin üçün nəzərdə tutulan məkanı gizli şəkildə tərk edib.

Testinin nəticələri müsbət çıxan turist polislərin onu təqib etdiyini bilib və bir neçə gün onlardan gizlənib.

Yalnız beş gündən sonra polislər onu restoranlardan birində saxlaya biliblər.

Polis və həkimlərlə aparılan danışıqlardan sonra 29 yaşlı israilli təcili yardımla yerli xəstəxanaya getməyə razılaşıb.

İndi israildən olan turisti epidemiya qaydalarına məhəl qoymadığına görə iki il həbs və ya 4 000 Tailand batı miqdarında (200 manat) cərimə gözləyir.

Mənbə: Bangkok Post












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru