Krımı deyirsiniz, bəs Kaliforniya kimin idi?

24-12-2021, 00:06           
Krımı deyirsiniz, bəs Kaliforniya kimin idi?
Biz açıq şəkildə bildirdik ki, NATO-nun şərqə doğru növbəti genişlənməsi qəbuledilməzdir. Yaxşı, burada nə anlaşılmır? Biz raketləri ABŞ sərhədlərinə yaxın yerləşdiririk? Xeyr. ABŞ öz raketləri ilə evimizə gəlib. Onlar artıq evimizin astanasındadırlar. Bəyəm evimizin yaxınlığında təhlükəli sistemlərin quraşdırılmamasını istəmək aşırı tələbdir? Burada qeyri-adi nə var?

Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi mətbuat konfransında deyib.

“Biz raketlərimizi Kanada ilə ABŞ arasındakı sərhəddə və ya Meksika ilə ABŞ arasındakı sərhəddə yerləşdirsəydik, amerikalılar buna necə reaksiya verərdilər? Bəs, Meksika və ABŞ-ın heç vaxt ərazi problemi olmayıb? Daha əvvəl Kaliforniya kimin mülkiyyətində idi? Bəs Texas? Unutmusunuz? Yaxşı, hər şey sakitləşdi və heç kim bu barədə Krımı xatırladığı qədər xatırlamır”, – deyə Putin qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru