"Çini ordusu ABŞ-a imkan verməz ki, öz ölkəsinin suverenliyini pozsun" - ÇXAO
24-12-2021, 08:04
Çin Xalq-Azadlıq Ordusu (ÇXAO) Birləşmiş Ştatlarla ordulararası qarşılıqlı fəaliyyət prosesində öz ölkəsinin maraqlarının pozulmasına imkan verməz.
Bu barədə dekabrın 23-də ÇXR Müdafiə Nazirliyinə istinadla TASS xəbər verib.
«Çin imkan verməz ki, Çin və ABŞ orduları arasında əlaqələrin inkişafının gedişində suverenliyi və bizim ölkəmizin açar maraqları pozulsun» - «Çin Xalq-Azadlıq Ordusu» qəzetində dərc olunmuş məqalədə deyilir. Qəzet Müdafiə Nazirliyinindir.
ÇXAO amerikalı həmkarlarla təmasları istisnasız olaraq razılıq ruhunda saxlamaq niyyətindədir. Bu razılıq ÇXR və Birləşmiş Ştatların liderləri arasında əldə olunub, məqalədə dəqiqləşdirilir.
«Hər iki tərəf dinc yanaşı yaşamağı təmin etməklə, bir-birinə hörmət göstərməlidir» - materialda qeyd olunur.
Pekin Vaşinqtonla hərbi sahədə dialoqa və fikir ayrılığının aradan qaldırılmasına hazırdır, məqalədə deyilir.
«Biz, Çin-Amerika ordulararası münasibətlərin harmonik və sabit inkişafının tərəfdarıyıq və güc nümayişinin əleyhinəyik» - qəzet qeyd edir.