Tayvan ABŞ PUA-ları almaq istəyir

24-12-2021, 08:23           
Tayvan ABŞ PUA-ları almaq istəyir
Tayvan hakimiyyəti 2022-ci ilin martına qədər ABŞ-la MQ-9V pilotsuz uçan aparatları almaq üçün saziş bağlamaq fikrindədir. PUA-lar dəniz kəşfiyyatı üçündür.

Bu barədə dekabrın 23-də «The Taipei Times» qəzetinə istinadla TASS xəbər verib.

Nəşrin məlumatına görə, bu barədə Tayvan parlamentində adanın müdafiə naziri Tsyu Qoçjen bəyan edib. Bu zaman o, suala cavab verməkdə çətinlik çəkib ki, 40 ədəd Amerika özüyeriyən M-109A6 haubitsası almaq üçün kontrakt nə zaman imzalanacaq?

Hərbi idarənin başçısı xəbər verib ki, tərəflər bu məsələni yaranmış fikir ayrılığı fonunda razılaşdırmaqda davam edirlər.

ABŞ Tayvan üçün başlıca silah tədarükçüsüdür. Vaşinqton vəd edib ki, yaxın vaxtda Taybeyə M2A2 Abrams tankları, F-16V qırıcıları, yaylım atəşli reaktiv sistemlər, qanadlı raketlər, dəniz minaları və digər texnikalar satsın.

Birləşmiş Ştatlar Tayvanla diplomatik münasibətləri 1979-cu ildə dayandırıb və Pekinlə münasibət qurub. «Vahid Çin» siyasətini tanımaqla Vaşinqton buna baxmayaraq Tayvan hakimiyyəti ilə təmasları davam etdirir və adanın ordusunu silahlandırır. Bu da Çində etirzlarla qarşılanır.
The Taipei Times












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.