ABŞ və Yaponiyanın birgə planı: Çin hücum etsə...

24-12-2021, 09:36           
ABŞ və Yaponiyanın birgə planı:
Amerika və Yaponiya hərbçiləri Tayvanda yarana biləcək mümkün fövqəladə vəziyyətlə əlaqədar (Çinin hücumu - red.) hərbi plan layihəsi hazırlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Plana əsasən, fövqəladə durum zamanı ABŞ dəniz piyadaları korpusu Yaponiyanın Tayvana qədər uzanan Nansey arxipelaqında qüvvələr yerləşdirəcək və müvəqqəti bazalar yaradacaq. Burada Yaponiya tərəfi silah-sursat və yanacaqla amerikalıları təchiz edəcək.

Ehtimal edilir ki, yanvar ayında ABŞ və Yaponiya arasında təhlükəsizliklə bağlı yüksək səviyyəli görüşlər zamanı sözügedən planın rəsmi versiyasının hazırlanması yönündə razılıq əldə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru