İran nüvə proqramı ilə bağlı dünya gücləri ilə danışıqlarda birtərəfli güzəştə getməyəcək Mənbə: Realtv.az

24-12-2021, 11:20           
İran nüvə proqramı ilə bağlı dünya gücləri ilə danışıqlarda birtərəfli güzəştə getməyəcək
“İran nüvə proqramı ilə bağlı dünya gücləri ilə danışıqlarda birtərəfli güzəştə getməyəcək.”

Bu sözləri İranın xarici işlər naziri Hüseyn Abdullahian Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşü zamanı deyib.

"Əgər siz bizə bir güzəşt etsəniz və bunun müqabilində 10 güzəşt almağa çalışsanız, İran bunu heç vaxt qəbul etməyəcək", - o, əlavə edib.

Nazir Fransanın nüvə məsələsində daha az konstruktiv mövqey tutmasını qınayıb.

İki nazir İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin yaxşılaşdırılması səylərini də müzakirə ediblər.

Abdullahian onu da deyib ki, Ər-Riyad Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Şurasında iştirak etmək üçün üç iranlı diplomata viza verib.

O, İran və Vaşinqton arasında davam edən gərginliyin İraqın siyasətinə, iqtisadiyyatına və təhlükəsizliyinə birbaşa təsir etdiyini deyib.

Nazir əlavə edib ki, İran-ABŞ- münasibətlərində normallaşma baş verə bilər. Bu da regiona müsbət təsir edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.