İranın Gülüstan vilayətində iğtişaşlar başladı – SƏBƏB - VİDEO

24-12-2021, 11:29           
İranın Gülüstan vilayətində iğtişaşlar başladı – SƏBƏB - VİDEO
İranın Gülüstan (Türkmənsəhra) əyalətinin Qalikeş şəhərində sünni məzhəbli axund, mövləvi Məhəmməd Hüseyn Qorqicin işdən kənarlaşdırılması yerli sünni əhalisinin qəzəbinə səbəb olub.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan video və xəbərlərə əsasən, dekabrın 23-ü axşam saatlarında sünni axundun yüzlərlə tərəfdarı küçələrə axışaraq, “Allahu əkbər” və digər şüarlar səsləndirərək mövləvi Hüseyn Qorqicin şəhərdə cümə imamı vəzifəsindən uzaqlaşdırılmasına etiraz ediblər.

Polis və əmniyət qüvvələrinin onlarla etirazçını həbs etdiyi deyilir. Habelə, təhlükəsizlik qüvvələri sünni axundun özünü də həbs edib dindirdikdən sonra müvəqqəti sərbəst buraxıblar.

Yerli sünni mənbələrinin sözlərinə görə, Məhəmməd Hüseyn Qorqicə təzyiq göstərilib. Ona deyiblər ki, dekabrın 24-də Qalikeşdə keçiriləcək cümə namazına imamlıq etməkdən imtina etməli, tərəfdarlarını sakit qalmağa çağırmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru