Ukrayna məhkəməsi Poroşenkonun saxlanılması barədə qərar çıxardı

24-12-2021, 20:00           
Ukrayna məhkəməsi Poroşenkonun saxlanılması barədə qərar çıxardı
Ukrayna məhkəməsi keçmiş Prezident Petro Poroşenkonun saxlanılması barədə qərar çıxarıb.

Pravda.az-ın xəbərinə görə, Kiyevin Peçersk Rayon Məhkəməsi müvafiq qərarı verib.

Bildirilib ki, məhkəmə Poroşenkonun həbsi ilə bağlı vəsatətə baxılmasından ötrü onun məhkəməyə gətirilməsi üçün saxlanılmasına razılıq verib.

Qeyd edək ki, keçmiş Prezident dövlətə xəyanətdə ittiham olunur. O, hazırda Polşadadır və yanvarın ortalarında Ukraynaya qayıdacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru