Avropa ölkəsində təqaüdçülərə peyvənd qarşılığında 300 avro ödəniləcək

25-12-2021, 09:58           
Avropa ölkəsində təqaüdçülərə peyvənd qarşılığında 300 avro ödəniləcək
Slovakiyanın 60 yaşdan yuxarı sakinləri koronavirusa qarşı peyvənd qarşılığında pul alacaq.

Belə ki, ölkədə peyvəndin iki dozası üçün 200 avro, üç dozası üçün isə 300 avro ödənilməsi barədə qanun qəbul edilib.

Ümumilikdə, dövlət pensiyaçıların maddi həvəsləndirilməsi üçün 279 milyon avro ayırıb.

Qeyd edək ki, noyabrın 22-dən etibarən Slovakiyada koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün karantin rejimi tətbiq edilib. Onlar restoranlara, ticarət mərkəzlərinə, kütləvi və idman tədbirlərinə gedə bilməzlər. Vaksinasiyadan keçməyənlərə ancaq marketlərə və apteklərə getməyə icazə veriləcək.

Mənbə: RTVS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru