Bayden Miladdan əvvəl Uşaq Milli Xəstəxanasında azyaşlılarla görüşüb

25-12-2021, 09:56           
Bayden Miladdan əvvəl Uşaq Milli Xəstəxanasında azyaşlılarla görüşüb
ABŞ Prezidenti Cozef Bayden və birinci xanım Cil Bayden Milad bayramı zamanı Uşaq Milli Xəstəxanasında müalicə alan uşaqlara baş çəkib.

“Report” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Qeyd edilir ki, birinci xanım üçün uşaqlara baş çəkmək artıq ənənəvi hal alıb, Bayden isə ilk dəfə ona qoşulub.

Belə ki, Amerika lideri uşaqları əyləndirmək üçün Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına (NORAD) zəng edərək Şaxta Babanın harada olması ilə maraqlanıb. Ona deyiblər ki, Şaxta baba Türkmənistan üzərində uçur.

Nəşrin məlumatına görə, Bayden cütlüyü öz əlləri ilə fənər hazırlayan bir qrup uşaqla söhbət edib və onların hər birindən sənətkarlıq üzərində nə çəkdiklərini soruşub. Uşaqlarından bəziləri ailə və qar adamın şəklini çəkib.

Uşaqlar həmçinin Baydenə Milad bayramı üçün nə istədiklərini deyiblər.

Bayden isə “Komandir” ləqəbli itinin şəkillərini uşaqlara göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru