Ukrayna Rusiya tanklarını təqlid edən hədəfləri “Javelin” raketləri ilə vurub
25-12-2021, 12:17

Ukrayna Ordusu bu yaxınlarda Donetsk vilayətində tank əleyhinə raket sitemlərini sınaqdan keçirib.
Ordu.az xəbər verir ki, sosial media platformalarında yayılan fotolarda sınaqlarda istifadə edilən hədəflərin Rusiya tanklarını simulyasiya etdiyi görünüb.
Bir müddət əvvəl xəbər vermişdik ki, Rusiya Ordusunun əsas döyüş tanklarının üstünə qəfəsə bənzər qoruyucu vasitələr quraşdırılıb.
Ukrayna Ordusu Donetsk bölgəsində ABŞ-dan alınan “Javelin” tank əleyhinə raketləri ilə atış fəaliyyətləri həyata keçirib. Sınaqlar zamanı istifadə edilən hədəflərin qəfəs quraşdırılan Rusiya ordusunun tanklarına bənzədiyi qeyd olunur. Bu qəfəslər tank əleyhinə sursatların nüfuz gücünü azaltmaq üçün istifadə olunur.
“Bayraktar TB2” və “Anka” tipli zərbə PUA-larından tətbiq edilən ROKETSAN istehsalı MAM-L sursatları Suriya, İraq, Liviya və Qarabağda 100-dən çox tankı yararsız hala salıb.
Ukraynanın ABŞ-dan aldığı və ilk dəfə Donetsk bölgəsində istifadəyə verdiyi “Javelin” həm birbaşa, həm də havadan zərbə rejimlərinə sahib tank əleyhinə raket sistemidir. Ukraynaya indiyədək 500 raket və 100 buraxılış qurğusu tədarük edilib.
Son zamanlar xüsusilə Baltikyanı ölkələr tank əleyhinə idarə olunan hərbi sursatlara marağı artırıb. Bunun əsas səbəbi zirehli birləşmələrin Rusiya Ordusunun əməliyyatlarında kritik rol oynamasıdır.
Sevinc Əliyeva
Ordu.az