Livan Prezidenti: "Ölkəyə böhrandan çıxmaq üçün 6-7 il lazımdır"

26-12-2021, 08:47           
Livan Prezidenti:
Livana indiki iqtisadi böhrandan çıxmaq üçün azı 6-7 il lazımdır.

"Report" xəbər verir ki, bu barədə Livan Prezidenti Mişel Aun yerli telekanallardan birinin efirində deyib.

Dövlət başçısı qeyd edib ki, iki il ərzində böhran dövründə işsizlik və yoxsulluq rekord həddə çatıb.

“Livanda birmənalı olaraq dəyişiklik baş verir. Dəyişikliklər həm ideoloji, həm də praktiki səviyyədə olacaq, çünki biz quldurluq, korrupsiya, sistem səhvləri və uğursuzluqlar səbəbindən mövcud vəziyyətlə üzləşmişik", - Aun bildirib.

Qeyd edək ki, Livanda iqtisadi böhran 2019-cu ildən davam edir. Milli valyutanın məzənnəsi demək olar ki, hər gün aşağı düşür.

Hazırda Livan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 1 dollar 1 500 Livan lirəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru