BMT 2022-ci ildə iştirakçı ölkələrə 3,1 milyard dollara başa gələcək
26-12-2021, 08:48
Baş Məclis cümə günü, dekabrın 24-də Birləşmiş Millətlər Təşkilatının (BMT) 2022-ci il üçün illik büdcəsini təsdiqləyib - 3,12 milyard dollar.
Bu barədə təşkilatın mətbuat xidməti xəbər verib.
Qeyd olunur ki, gələn ilin büdcəsi 2021-ci ilin büdcəsindən aşağıdır. O zaman büdcə 3,231 milyard dollar təşkil edib.
«Baş Məclis çoxlu sayda qətnamə və qərar layihələrini bəyənib. Onlar əsas komitələrdə təqdim olunub, o cümlədən 2022-ci il üçün 3,12 milyard dollarlıq büdcənin tövsiyəsi də daxil olmaqla» - xəbərdə deyilir.
Təşkilatın müntəzəm büdcəsi BMT-nin fəaliyyətini əhatə edir - siyasi məsələləri, beynəlxalq məhkəmə və hüquq sferasını, inkişaf məqsədilə bölgəsel əməkdaşlığı, insan haqlarını, humanitar məsələləri və ictimai informasiyanı.
Bundan əvvəl (iyun ayında) müntəzəm üzvlük haqqının BMT büdcəsinə iki il ərzində ödənilməməsi səbəbilə İran və Mərkəzi Afrika Respublikası (MAR) Baş Məclisdə səsvermə hüququndan məhrum edilib.
BMT-nin məlumatına görə, İranın büdcəyə borcu 16,2 milyon dollar, MAR-nın borcu isə 29,3 min dollar təşkil edir.