Yaponiya və ABŞ hakerlərə qarşı birgə əməkdaşlığa başlayır

26-12-2021, 12:37           
Yaponiya və ABŞ hakerlərə qarşı birgə əməkdaşlığa başlayır

Yaponiya və ABŞ hökumətləri kiberhücumlara qarşı mübarizədə əməkdaşlığa başlamağı planlaşdırır.

APA bildirir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Tokio və Vaşinqtonun kiberhücumlarla bağlı məlumatları bir-birinə ötürməsi və birgə təhlili gözlənilir.

Bundan əlavə, iki ölkənin səlahiyyətli orqanları hakerləri müəyyənləşdirəcək və müvafiq əks tədbirlər hazırlayacaq.

Nəhayət, Yaponiya və ABŞ yerli müəssisələrin onlayn müdaxilələrə qarşı dayanıqlığını artırmaq niyyətindədir.

Qəzetin verdiyi məlumatda qeyd olunur ki, yanvarın 7-də onlayn rejimdə keçirilməsi planlaşdırılan iki ölkənin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri arasındakı danışıqlar zamanı əməkdaşlıq sazişi bağlana bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.