Yaponiya böyük həcmdə neft ehtiyatını bazara çıxarıb

27-12-2021, 16:52           
Yaponiya böyük həcmdə neft ehtiyatını bazara çıxarıb
Neft bazarına olan təzyiqləri azaltmaq məqsədilə Yaponiya da öz strateji ehtiyatlarından böyük həcmdə nefti bazara çıxarıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, birinci mərhələdə 100 min kilolitr (629 min barel) neft satmaq planlaşdırılır. Neft bazarındakı vəziyyəti izləyən Yaponiya Ticarət Nazirliyi gələcəkdə ehtiyatlardan əlavə satışla bağlı qərar qəbul edə bilər.

Xatırladaq ki, ötən ay ABŞ Prezidenti Cozef Bayden ölkənin strateji ehtiyatlarından 50 milyon barel neft satmaq niyyətini açıqlamışdı.

Ötən həftə Cənubi Koreya da 3,17 milyon barel neft və neft məhsulunu bazara çıxaracağını bəyan edib.

Razılaşmanın digər tərəfləri, o cümlədən Çin hələlik hansı addımı atacağını açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru