Çində süni intellekt prokurorluq fəaliyyətinə başlayıb

27-12-2021, 18:15           
Çində süni intellekt prokurorluq fəaliyyətinə başlayıb
Çinin Şanxay şəhərində süni intellekt ilk dəfə prokurorluğun ittiham aktının mətnini tərtib edib.

Trend-in məlumatına görə, "rəqəmsal prokuror" ittihamları 97 faiz dəqiqliklə irəli sürür.

Qeyd olunur ki, süni intellekt prokurorluq bacarıqlarını 2015-2020-ci illər ərzində 17 mindən çox məhkəmə işini öyrənməklə əldə edib.

Hazırda "rəqəmsal prokuror" daha geniş yayılmış 8 cinayət üzrə ittiham irəli sürə bilir. Bu aktlara kredit kartları ilə fırıldaq, mərc oyunlarının təşkili, yol-nəqliyyat qaydaları, oğurluq kimi qanun pozuntuları daxildir.

Mütəxəssislərin fikrincə, gələcəkdə süni intellekt daha çox ək-səda doğuran qayda pozuntuları ilə bağlı da ittihamlar irəli sürə biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru