Dünya yeni təhlükə ilə qarşı-qarşıya: “Delmikron” iki ştammın da xüsusiyyətlərini daşıyır

27-12-2021, 19:04           
Dünya yeni təhlükə ilə qarşı-qarşıya:
Dünyanın bir çox ölkələrində koronavirusun “Omikron” ştammına yoluxma hallarının artması üçüncü və dördüncü dalğa ehtimalını yüksəldib.

Mütəxəssislər “Omikron” ştammının xüsusiyyətlərini araşdırmaqla məşğul olduğu bir vaxtda “Delmikron” adlı cüt variant meydana çıxıb.

Elm adamları “Delta” və “Omikron” adlarının birləşməsindən yaranan yeni variantın ABŞ və Avropadakı COVID-19 sunamisinin əsas səbəbi olduğunu bildiriblər. “Delmikron” adından da göründüyü kimi həm “Delta”, həm də “Omikron” ştammının müxtəlif xüsusiyyətlərini daşıyır.

Qeyd edək ki, “Delmikron” “Alfa”, “Betta”, “Qamma” və digərləri kimi koronavirusun mutasiyaya uğramış yeni bir variantı yox, mövcud olan iki variantın birləşməsidir.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru