Bayden ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsini təsdiq edib
28-12-2021, 08:18
ABŞ prezidenti Cozef Bayden 2022-ci maliyyə ili üçün (oktyabrın 1-i başlayıb) təxminən 770 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.
Teref.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin açıqlamasında deyilir.
Bildirilir ki, C.Bayden Müdafiə Nazirliyinin proqramları, hərbi tikinti, Energetika Nazirliyinin daxili təhlükəsizlik proqramları və kəşfiyyat proqramlarını əhatə edən 2022-ci maliyyə ili üçün müdafiə büdcəsini imzalayıb.