Braziliyada 37 şəhər su altında qaldı

28-12-2021, 10:01           
Braziliyada 37 şəhər su altında qaldı
Braziliyanın Bahia ştatında noyabr ayından davam edən yağışlar səbəbiylə həyatını itirənlərin sayı 18-ə çatıb, 2 nəfər isə itkin düşdüb.

Son bir həftədə leysan yağışları səbəbiylə meydana gələn sel fəlakətlərindən 430 869 nəfər zərər çəkib.

Bahiada 16 mindən çox adam evini itirib və 19 580 nəfər təxliyə edilib.

15 milyondan çox əhalisi olan Bahia ştatının leysan yağışları və daşqınlar səbəbindən 72 şəhərində fövqəladə vəziyyət elan olunub.

Ştatın qubernatoru Rui Kosta daşqının böyük bir bölgəyə təsir etdiyini və 37 şəhərin tamamilə su altında qaldığını bildirib.

Mənbə: Anadolu agentliyi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru