Moldova Konstitusiyası ölkənin NATO-ya daxil olmasını istisna edir.
Axar.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu deyib.
“Moldova Konstitusiyasında göstərilir ki, biz neytral ölkəyik. Heç kim Konstitusiyanı dəyişməyib, belə bir təşəbbüs də yoxdur. Biz heç kimə təhlükə yaratmırıq, prosesin sülh yolu ilə inkişafını istəyirik”, - deyə Sandu bildirib.