Nazir müavini işdən çıxarıldı - Köməkçisinin geyiminə görə / FOTO

28-12-2021, 16:27           
Nazir müavini işdən çıxarıldı - Köməkçisinin geyiminə görə / FOTO
Ukrayna təhsil nazirinin müavini İqor Qarbaruk köməkçisi 27 yaşlı Kristina Tişkunun sosial şəbəkədə açıq-saçıq geyimdə fotosunu yerləşdirməsindən sonra işdən çıxarılıb.

Ukrayna mediası xəbər verir ki, Qarbarukun istefaya göndərildiyini hakim “Xalqın qulluqçusu” partiyasından olan deputat Yuliya Qrişina açıqlayıb.

“Nazirlər Kabinetinin qərarı ilə təhsil nazirinin müavini İqor Qarbaruk öz xahişi ilə vəzifəsindən azad edilib”, - Qrişina yazıb.

Qalmaqal bir neçə gün əvvəl başlayıb. Tişkun “Instagram”da Lvov meri Andrey Sadovla görüşdən foto paylaşıb. Şəkildə o, dərin dekolteli və büstqaltersiz qara fitinqli paltarda idi. Nazir müavini də parlaq makiyajda olub.

Bəzi istifadəçilər məmuru geyiminə görə tənqid edərək, onu fahişə adlandırıblar./lent.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.