Avropa Ukraynaya nüvə təhlükəsizliyini möhkəmləndirməyə kömək edəcək BEŞ MİLYON AVRO AYIRACAQ

29-12-2021, 00:04           
Avropa Ukraynaya nüvə təhlükəsizliyini möhkəmləndirməyə kömək edəcək BEŞ MİLYON AVRO AYIRACAQ
Avropa Komissiyası nüvə tullantılarının idarə edilməsi prosesinin təkmilləşdirilməsi üçün Ukraynaya 5 milyon avro ayıracaq. Bu barədə Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bildirib.

“Avropa İttifaqının dəstəyi ilə biz Ukraynada radioaktiv tullantıların və işlənmiş nüvə yanacağının təhlükəsiz idarə edilməsinin təkmilləşdirilməsinə, həmçinin keçmiş nüvə obyektlərinin ekoloji reabilitasiyasının yaxşılaşdırılmasına töhfə verəcək layihəyə başlayırıq”, – hökumətin mətbuat xidməti onun sözlərindən sitat gətirir.

Qeyd olunur ki, Stefanişina Ukrayna hökuməti ilə Avropa Komissiyası arasında “Nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə 2020-ci il illik fəaliyyət proqramı”nın maliyyələşdirilməsinə dair saziş imzalayıb. Proqramın ümumi dəyəri 6,5 milyon avro təşkil edir ki, bunun da 5 milyon avronu Aİ, 1,5 milyonunu isə Ukrayna təmin edəcək












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru